Landmark Hotel Baku Konfrans Zalları | Tədbirlər və Görüşlər

  • THE ROTUNDA

    Cəlbedici ağ görünüşü və dairəvi forması ilə seçilən unikal Rotunda zalı 500 nəfərə qədər qonaq qəbul edə bilən və müxtəlif tədbirlərin təşkili üçün ideal məkandır. Burada konsertlər, sərgilər, özəl məclislər, festivallar, genişmiqyaslı korporativ konfranslar və biznes görüşləri təşkil etmək mümkündür.

  • ROTUNDA JAZZ CLUB

    Rotunda-1 müxtəlif formatlı tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş və 250 nəfərə qədər qonaq qəbul edə bilən çoxfunksiyalı zaldır. Zaldan -1-ci mərtəbədə yerləşir və 450 m² sahəni əhatə edir.

    Bu unikal məkan yaddaqalan mədəni tədbirlərin keçirilməsi üçün ideal seçimdir. Zal səhnə və canlı çıxışlar üçün yüksək keyfiyyətli akustika ilə təchiz olunub.

  • CINE CLUB

    Cine Club yüksək keyfiyyətli filmləri nümayiş etdirməyə imkan verən müasir rəqəmsal proyeksiya sistemi ilə təchiz olunmuş innovativ kinoteatrdır. Rahat dizaynı, geniş oturacaq imkanları və yüksək keyfiyyətli səs sistemi ilə seçilən kino zalı qonaqlara reallıqdan uzaqlaşaraq unudulmaz kino təcrübəsi yaşamağa imkan verir.

    Kinoteatr Landmark Business Center III-ün giriş mərtəbəsində yerləşir və qonaqlara müxtəlif şirniyyatlar və qəhvə içkiləri təklif edən The Dolce Pause kafesinə birbaşa çıxış imkanı yaradır.

    Cine Club hər gün fəaliyyət göstərir və biznes mərkəzinin icarəçiləri və otel qonaqları üçün açıqdır. Əvvəlcədən rezervasiya tələb olunur.

  • 22-Cİ MƏRTƏBƏ

    The Landmark Hotel və Biznes Mərkəzinin ən yüksək mərtəbəsində yerləşən 22-ci mərtəbə şəhərə və Xəzər dənizinə açılan heyrətamiz mənzərəsi, eləcə də geniş və rahat lounge terrası ilə seçilir.

    200 nəfərə qədər qonaq qəbul edə bilən bu məkan konsertlər, sərgilər, özəl məclislər və ad günü tədbirləri də daxil olmaqla müxtəlif tədbirlərin keçirilməsi üçün ideal seçimdir.

  • KONFRANS MƏRKƏZİ

    The Landmark Business Center bütün biznes ehtiyaclarınız üçün ideal məkandır. 8 konfrans zalımız (Qaradağ, Qala, Lahıc, Aris, Xəzər, Azıx, Kiş, Atəşgah) və 2 banket zalımız (The Rotunda, The Rotunda-1) təqdimatlar, korporativ tədbirlər və biznes görüşləri, seminarlar, təlimlər və müxtəlif məclislərin keçirilməsi üçün mükəmməl məkanlardır.

    The Landmark konfrans zalları saatlıq, yarım günlük və ya tam günlük əsasda istifadə üçün əlçatandır və 100 nəfərə qədər qonaq qəbul edə bilər. Zalın düzülüş formasından (Board Style, Classroom, U Shape, Theatre Style, Round) asılı olaraq maksimum tutum dəyişə bilər.

    Bütün konfrans zallarımız pulsuz simsiz genişzolaqlı internet və ən müasir audiovizual texnologiyalarla təchiz olunub. Qonaqlara əlavə ödənişsiz olaraq aşağıdakı avadanlıqlar təqdim edilir: flipçart, markerlər, qələmlər, karandaşlar, qeyd dəftərləri, proyeksiya ekranı və su.

    Peşəkar tədbir komandamızın dəstəyi ilə əvvəlcədən sifariş əsasında yüksək keyfiyyətli katerinq xidməti də təşkil edilə bilər.