Landmark Hotel Baku SPA | Rahatlıq, Sağlamlıq və Dincəlmə
-
SAĞLAMLIQ VƏ İSTİRAHƏT MƏRKƏZİ
SAĞLAMLIQ VƏ İSTİRAHƏT MƏRKƏZİLandmark III binasının 9-cu və 10-cu mərtəbələrində yerləşən Sağlamlıq və İstirahət Mərkəzimiz Bakının nəfəs kəsən və möhtəşəm mənzərəsi ilə əhatə olunub. Mərkəz aparıcı fitness avadanlığı istehsalçılarının 100-dən çox trenajor və avadanlığı, stolüstü tennis masası və boks kisəsi ilə təchiz edilib və məşq etmək üçün rahat və müasir mühit təqdim edir.
Peşəkar məşqçilərin dəstəyi ilə şəhərin mərkəzində kardio məşqlərinizi davam etdirin, ağırlıq məşqindən sonra isə sauna, spa, masaj və buxar otağında dincələrək günün yorğunluğunu atın.
Sağlamlıq klubunda akva aerobika, topla aerobika, şərq rəqsləri, spinning və Tae-Bo məşğələləri təşkil olunur. Qapalı üzgüçülük hovuzu ilboyu fəaliyyət göstərir və döşəmədən tavana qədər uzanan pəncərələrdən daxil olan təbii işıq sayəsində qonaqlara xoş və işıqlı mühitdə üzmək imkanı yaradır.
Sağlamlıq və İstirahət Mərkəzi hər gün saat 06:30-dan 22:30-dək fəaliyyət göstərir.
Biz sizə və həyatınıza daha çox enerji və canlılıq bəxş edəcəyik!
-
ÜZGÜÇÜLÜK HOVUZU
Üzgüçülük hovuzu Landmark III binasının 10-cu mərtəbəsində yerləşir. Hovuzda suyun temperaturu 27–28°C səviyyəsində saxlanılır və sauna və buxar otağı ilə tamamlanır. Hovuzdan otel qonaqları və binanın sakinləri istifadə edə bilərlər.
Hər gün saat 06:30-dan 22:30-dək.
-
SAUNA
Sauna (quru və buxar) Landmark Hotel-in 10-cu mərtəbəsində yerləşir. Sauna Landmark Health Club üzvləri və otel qonaqları üçün hər gün saat 06:30-dan 22:00-dək açıqdır.











